Cari ilin sentyabr ayında Azərbaycan manatının ümumi nominal effektiv məzənnəsi 103,1 bənd təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu da cari ilin avqust ayı ilə müqayisədə 1,7 bənd (1,7%) çoxdur.
Avuqst ayında manatın ümumi nominal effektiv məzənnəsi 101,4 bənd təşkil edib.
İllik müqayisədə nominal effektiv məzənnə isə 5,7 bənd (5,9%) artıb.
Keçən ilin eyni dövründə bu göstərici 97,4 bənd təşkil edib
Qeyri-neft sektoru üzrə məzənnə sentyabr ayında 168,5 bənd təşkil edib ki, bu da aylıq müqayisədə 1,9 bənd (1,1%) illik, 28,4 bənd (20,3%) çoxdur.