Cari ilin iyulun 1-nə Azərbaycan manatının ümumi real effektiv məzənnəsi 119,6 bənd təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu da cari ilin iyunun 1- ilə müqayisədə 0,5 bənd (0,4%) bənd azdır.
İllin əvvəli ilə müqayisədə real effektiv məzənnə 1,8 bənd (1,5%), illik müqayisədə 3,7 bənd (3%) artıb.
Qeyri-neft sektoru üzrə məzənnə iyulun 1-nə ayında 115,9 bənd təşkil edib ki, bu da aylıq müqayisədə 1 bənd (0,9%), ilin əvvəli ilə müqayisədə 2,9 bənd (2,4%), illik, 4,1 bənd (3,4%) azdır.