Cari ilin iyulun 1-nə Azərbaycan manatının ümumi nominal effektiv məzənnəsi 104,4 bənd təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu da cari ilin iyunun 1- ilə müqayisədə 0,1 (0,1%) bənd çoxdur.
İllin əvvəli ilə müqayisədə 2,4 bənd (2,4%), illik müqayisədə nominal effektiv məzənnə isə 5,7 bənd (5,8%) artıb.
Qeyri-neft sektoru üzrə məzənnə iyulun 1-nə ayında 173.6 bənd təşkil edib ki, bu da aylıq müqayisədə 0,3 bənd az, ilin əvvəli ilə müqayisədə 5,1 bənd (3%), illik, 17,9 bənd (11,5%) çoxdur.