Bu ilin yanvar-iyul aylarında Azərbaycana 39 244,14 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal olunub.
Eləcə də bax: Azərbaycan I rübdə şokolad ixracını 39%, idxalını - 8% ARTIRIB
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, idxalın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 4,7% artıb.
Cari ilin yeddi ayında qeyd olunan məhsulların idxalda xüsusi çəkisi 0,67%-a bərabər olub.
Hesabat dövründə ölkədən bu məhsul ixracının dəyəri 2 008,21 min dollar təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 19,7% azdır.
Cari ilin yeddi ayında qeyd olunan məhsulların ixracda xüsusi çəkisi 0,02% təşkil edib. (Apa)