Azərbaycan 2020-ci ilin I rübündə $11 milyon 934,64 min məbləğində 4,629 min ton şokolad idxal edib.
Eləcə də bax: Azərbaycan dondurma idxalını azaldıb
FED.az xəbər verir ki, 2019-cu ilin analoji dövrü ilə müqayisədə idxal miqdar ifadəsində 8,3%, dəyər ifadəsində 5,2% artıb.
Azərbaycana şokoladın əsas tədarükçüsü Rusiya olub. 2020-ci ilin 3 ayı ərzində RF-dən $7 milyon 894,99 min dəyərində (artım 1,9%) 3,316 min ton (artım 2,2%) şokolad idxal edilib. Cari ilin yanvar-mart aylarında Azərbaycana şokolad idxalının 71,6%-i RF-nin payına düşüb.
Azərbaycana şokoladın digər iri tədarükçüsü isə Ukrayna olub. Yanvar-mart aylarında bu ölkədən $1 milyon 129,68 min dəyərində 578,33 ton məhsul idxal edilib.
Bundan başqa, hesabat dövründə Türkiyə Azərbaycana $1 milyon 334,43 min dəyərində 300,9 ton şokolad tədarük edib.
Eyni zamanda, Azərbaycan yanvar-mart aylarında $1 milyon 155,48 min dəyərində (artım 72,9%) 475,9 ton (artım 39%) şokolad ixrac edib. Rusiyaya $1 milyon 134,22 min məbləğində (artım 4,8 dəfə) 469,48 ton (artım 3,9 dəfə) şokolad ixrac edilib.
İnterfaks