"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanına əsasən yaradılarkən Fərmanın yarımbəndində qeyd edilir ki, Şərqi Zəngəzur iqtisadi rayonunun cənubunda – Cəbrayıl rayonu ərazisində yerləşən tarixi Xudafərin körpülərinin olduğu istiqamətdə sərhəd-gömrük keçid məntəqəsinin açılması da sənaye parkının fəaliyyətə başlaması ilə daha səmərəli olacaq.
FED.az xəbər verir ki, bu barədə Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (IBF) çıxış edən "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin direktoru Elşad Nuriyev deyib.
Eləcə də bax: Azərbaycan Qafan-Çakaten yolunda da nəzarət-buraxılış məntəqəsi yaradır
Onun sözlərinə görə, "Araz Vadisi İqtisadi Zonası" xüsusi əhəmiyyət kəsb edir. Belə ki, sözügedən iqtisadi zona yol kəsişmələrinin ortasında yerləşir.
Elşad Nuriyev qeyd edib ki, Zəngəzur dəhlizinin açılmasından sonra "Araz Vadisi İqtisadi Zonası"nın əhəmiyyət bir qədər də artacaq.