2021-ci ildə Azərbaycanda 92 857,7 milyon manatlıq və yaxud 2020-ci illə müqayisədə 5,6% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Eləcə də bax: Azərbaycan iqtisadiyyatı bu il 4% artacaq - BMT
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, ötən il iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 7,2%, neft-qaz sektorunda isə 1,8% artıb.
ÜDM istehsalının 42,5%-i sənaye, 10,1%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9%-i nəqliyyat və anbar təsərrüfatı, 5,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,9%-i tikinti, 1,8%-i informasiya və rabitə, 1,3%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 17,2%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 8,4%-ni təşkil edib.
İl ərzində ölkədə adambaşına düşən ÜDM-in dəyəri isə 27,6% artaraq 9 269 manat olub.