Bu ilin I yarısında Azərbaycanda 33 803,9 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
Eləcə də bax: Ölkə iqtisadiyyatının vəziyyəti - MƏLUM OLDU - RƏQƏMLƏR
FED.az Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7% azdır.
6 aylıq ÜDM-in 23 043,5 milyon manatlıq hissəsi qeyri-neft-qaz sektorunun payına düşüb. Bu 1 il əvvələ nisbətən 2,5% azdır.
Hesabat dövründə ölkədə adambaşıma düşən ÜDM -in dəyəri isə 3,4% azalaraq 3 393,7 manata düşüb.
ilk yarım ildə ölkədə sənaye məhsulu istehsalı 18 milyard 402 milyon manat olub, bu əvvəlki illə müqayisədə 1,5% azdır.
Əvəzində qeyri neft-qaz sənayesində istehsal 11,2% artıb.