Azərbaycan 2022-ci ilin I rübündə 31,763 min ton pomidor ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 62,8% çoxdur.
Eləcə də bax: Pomidor niyə bahalaşıb? - VİDEO
FED.az xəbər verir ki, ixrac edilmiş pomidorun ümumi dəyəri $38 milyon 822,28 min (artım 74,4%) təşkil edir.
Hesabat dövründə Azərbaycan pomidorunun əsas idxalçısı Rusiya olub. “Yanvar-mart aylarında Rusiyaya $37 milyon 375,26 min dəyərində 30,989 min ton pomidor (bütün ixracın 97,6%-i – İF) ixrac olunub. 2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə RF-yə pomidor ixracı miqdar ifadəsində 76,6%, dəyər ifadəsində 84% artıb”, - deyə mənbə bildirib.
Azərbaycan 2021-ci ildə $160 milyon 228,84 min dəyərində 145,216 min ton pomidor ixrac edib və əsas idxalçı Rusiya olub. Ötən il bu ölkəyə $157 milyon 558,92 min dəyərində 140,110 min ton pomidor ixrac olunub. (İnterfaks-Azərbaycan)