İqtisadiyyat

Azərbaycan Gürcüstandan siqaret idxalını - 3 DƏFƏDƏN ÇOX AZALDIB

Azərbaycan Gürcüstandan siqaret idxalını - 3 DƏFƏDƏN ÇOX AZALDIB | FED.az
19:14 23 Dek 2019

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Gürcüstandan 1 765 878 qutu (hər birisində 1000 ədəd olur) siqaret və digər tütün məmulatları idxal edib.

Eləcə də bax: Gürcüstan Azərbaycandan elektrik enerjisi idxalına çəkdiyi xərci - 13% AZALDIB

FED.az xəbər verir ki, bu barədə “Report”un yerli bürosuna Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 67,8% və yaxud 3,1 dəfə azdır.

11 ay ərzində Gürcüstanın Azərbaycana ixrac etdiyi siqaret və digər tütün məmulatlarının dəyəri 31,253 milyon ABŞ dolları təşkil edib. Bu, illik müqayisədə 65,15% azdır. 

Digər xəbərlər

Banner