İqtisadiyyat

Gürcüstan Azərbaycandan elektrik enerjisi idxalına çəkdiyi xərci - 13% AZALDIB

Gürcüstan Azərbaycandan elektrik enerjisi idxalına çəkdiyi xərci - 13% AZALDIB | FED.az
19:17 23 Dek 2019

Bu ilin yanvar-noyabr aylarında Gürcüstan Azərbaycandan 45,236 milyon ABŞ dolları dəyərində elektrik enerjisi idxal edib.

Eləcə də bax: Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri - 2% AZALIB

FED.az xəbər verir ki, bu barədə “Report”un yerli bürosuna Gürcüstanın Milli Statistika Xidmətindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,6% azdır.

On bir ay ərzində Gürcüstanın Azərbaycana ixrac etdiyi elektrik enerjisinin dəyəri isə 666 min dollar təşkil edib. Bu isə illik müqayisədə 55,8% azdır. 

Digər xəbərlər