İqtisadiyyat

Azərbaycan Gürcüstandan yumurta idxalını - 70%-ə Yaxın Artırıb

Azərbaycan Gürcüstandan yumurta idxalını - 70%-ə Yaxın Artırıb | FED.az
13:58 3 May 2021

Bu ilin I rübündə Gürcüstandan Azərbaycana 273,9 min ABŞ dolları dəyərində yumurta ixrac olunub.

Eləcə də bax: Fabriklərdə quşların sayı azalıb – Yumurta İstehsalı Düşüb

FED.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Məlumata əsasən, bu, ötən ilin eyni dövrünə nisbətdə 69,3 % çoxdur. Hesabat dövründə Gürcüstandan bu qida məhsulunun yeganə idxalçısı Azərbaycan olub.

Yanvar-martda Gürcüstanın yumurta idxalı illik müqayisədə 95,1 % azalaraq dəyəri 53,6 min ABŞ dolları təşkil edib. Qonşu ölkənin əsas yumurta tədarükçüləri Türkiyə, Çexiya, Fransa və Macarıstan olub. (Report)

Banner
Banner

Digər xəbərlər