Bu ilin yanvar-may aylarında Azərbaycandan 5,779 milyon ABŞ dolları dəyərində spirtli və spirtsiz içki ixrac edib.
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,5% çoxdur.
5 ay ərzində içki ixracından gəlir ümumi ixrac gəlirlərinin 0,1%-ni təşkil edib.
Hesabat dövründə Azərbaycana idxal edilmiş içki və sirkənin dəyəri isə 26,608 milyon dollar olub. Bu isə 1 il əvvələ nisbətən 18,9% çoxdur.
İçki idxalına çəkilən xərc ümumi idxal xərclərinin 0,6%-ni təşkil edib.
Qeyd edək ki, Azərbaycanın 5 aylıq ticarət dövriyyəsinin dəyərinin 7,427 milyard dolları ixracın, 4,393 milyard dolları isə idxalın payına düşüb. (Report)