2020-ci ilin avqustun 1-dən bu günədək Gürcüstandan 81,2 milyon ABŞ dolları dəyərində 15,6 min ton fındıq ixrac olunub.
Eləcə də bax: Gürcüstanın ötən il ixrac etdiyi kartofun yarısını Azərbaycan alıb
FED.az xəbər verir ki, bu barədə ölkənin Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Məlumata əsasən, illik müqayisədə ixracın həcmi 50 %, dəyəri isə 52 % artıb.
Hesabat dövründə gürcü fındığını əsasən Almaniya, İtaliya, Çexiya və digər Avropa ölkələri idxal edib.
Qonşu ölkələr arasında Gürcüstandan ən az fındıq alan 44 tonla Azərbaycan olub. Digər qonşular olan Rusiya Gürcüstandan 756 ton, Türkiyə 530 ton, Ermənistan isə 885 ton fındıq tədarük edib. (Report)