2020-ci ildə Gürcüstandan Azərbaycana 319 min ABŞ dolları dəyərində 2 130 ton kartof ixrac olunub.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
Məlumata əsasən, illik müqayisədə məhsulun həcmi 1 082 ton və yaxud 34% azalıb.
Ötən il Azərbaycan Gürcüstanın əsas kartof idxalçısı olub. Belə ki, qonşu ölkə 17 ölkəyə ümumilikdə 4 253 ton kartof ixrac edib ki, bunun da 50%-i Azərbaycanın payına düşüb. Gürcüstandan ən çox kartof tədarük edən ikinci ölkə isə 1 664 tonla Rusiya olub.
“Report”