Bu ilin II rübündə Azərbaycan Gürcüstan iqtisadiyyatına 202,8 min ABŞ dolları investisiya qoyub.
Eləcə də bax: Azərbaycan gürcü şərabının idxalını - 21% Artırıb
FED.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilir.
Sənədə əsasən, bu, son 2 ildə Azərbaycanın qonşu ölkəyə yatırdığı ilk sərmayədir. Belə ki, Azərbaycan 2020-ci ildə Gürcüstandan 30,8 milyon dollar, 2021-ci ilin I rübündə isə 6,240 milyon dollar investisiyanı geri çəkib.
Aprel-iyunda Gürcüstan iqtisadiyyatına qoyulan birbaşa xarici investisiyaların ümumi məbləği 234,2 milyon dollar (+2,6%) təşkil edib. (Report)