Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycana 158 411 şüşə şərab ixrac edib.
Eləcə də bax: Azərbaycan meyvə-tərəvəz ixracını - 3%-dən Çox Azaldıb
FED.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Şərab Agentliyindən bildirilir.
Məlumata əsasən, illik müqayisədə Azərbaycan gürcü şərabının idxalını 21 % artırıb.
İlk 8 ayda Gürcüstandan 59 ölkəyə 65 milyon şüşə şərab (+19 %) ixrac edilib. İxracdan 145 milyon ABŞ dolları gəlir əldə olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 13 % çoxdur.
Hesabat dövründə gürcü şərabının ən iri tədarükçülərinin ilk beşliyində Rusiya, Ukrayna, Polşa, Çin və Qazaxıstan yer alıb. (Report)