Bu ilin yanvar-avqust aylarında Azərbaycan 364,7 mln. ABŞ dolları dəyərində meyvə-tərəvəz məhsulları ixrac edib.
Eləcə də bax: Bu məhsullar Azərbaycana əlavə - 430 MİLYON DOLLAR GƏTİRİB - SİYAHI
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın sentyabr sayında deyilir. Beləliklə, ötən ilin göstəriciləri ilə müqayisədə dəyər ifadəsində bu ilin səkkiz ayında ölkənin meyvə-tərəvəz ixracı təxminən 3,1% azalıb.
Qeyd edək ki, meyvə-tərəvəz ixracı qeyri-neft sektoru üzrə ixracın əsas payını – təxminən 23%-ni təşkil edib. (Apa)