İtaliya Azərbaycandan aldığı fındığın həcmini kəskin artırmaqla ölkənin əsas müştərisinə çevrildiyi halda, Rusiyanın payı azalıb.
Eləcə də bax: Azərbaycan fındıq ixracına görə dünyanın top - 3 ÖLKƏ SIRASINA DAXİLDİR
FED.az Banker.az-a istinadən xəbər verir ki, 2022-ci ilin birinci rübündə İtaliya Azərbaycandan 3 416 ton həcmində meşə fındığı ləpəsi alıb. Bu o deməkdir ki, Azərbaycanın xaricə satdığı fındığın 51%-ni İtaliya alıb.
Bununla da Cənubi Avropa ölkəsi Azərbaycandan aldığı fındığı miqdar baxımdan son ildə 4 qat artmış olub.
İtaliyanın Azərbaycandan aldığı fındığın ümumi dəyəri $21.3 mln. olub. İtaliyaya satılan fındığın hər tonu 6 234 dollar olub (2021: 6 600 dollar).
İtaliyanın dünyada ən çox idxal etdiyi fındıq Türkiyə, ABŞ və Çilidir.
Son illərə qədər Azərbaycan fındığının əsas müştərisi olan Rusiyanın payı isə azalıb. RF ötən rübdə 1 565 ton, yaxud $9 milyonluq meşə fındığı ləpəsi alıb ki, bu da 2021-ci ilin eyni dövründən 27% azdır. Rusiyaya satılan fındığın hər tonu ortalama 5 749 dollar olub ( 2021: 6 207 dollar).
Bununla belə, birinci rübdə Ukrayna, Çexiya, Gürcüstan, Kanada və Polşa Azərbaycan fındığının alışını dayandırıblar.
Qeyd edək ki, 2022-ci ilin ilk rübü ərzində Azərbaycan ümumilikdə xaricə 6 723 ton, yaxud $39.46 mln.-luq meşə fındığı ləpəsi satıb.