İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti duz bazarında araşdırmalara başlayıb.
Eləcə də bax: Antiinhisar Xidməti ötən il 710 min manatdan artıq maliyyə sanksiyası - TƏTBİQ EDİB
FED.az xəbər verir ki, bu barədə qurumdan bildirilib.
Məlumata görə, məqsəd antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarət və qanunazidd hərəkətlərin qarşısının alınmasıdır.
Araşdırmaların nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.