Bu ilin yanvar-may ayları ərzində Azərbaycan ümumi dəyəri 19 032,60 ABŞ dolları olan 28 682,17 ton düyü idxal edib.
Eləcə də bax: Dövlət qurumları «ekonom rejim»də - XARİCDƏN İDXAL 3 QAT AZALIB
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk beş ayında Azərbaycana idxal edilən düyünün dəyəri 12,4%, həcmi isə 38,5% artıb.
Qeyd edək ki, bu ilin ilk beş ayında düyü idxalı Azərbaycanın ümumi idxalının 0,46%-nə bərabər olub. (Apa)