Azərbaycan Çinlə infrastruktur layihələri çərçivəsində qarşılıqlı fəaliyyətin təşviqi barədə fikir mübadiləsi aparıb.
Pekində “Azərbaycan Ticarət Evi” açılıb - FOTOLAR
FED.az xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkədəki hesabında yazıb.
Nazir qeyd edib ki, Çinin kommersiya nazirinin müavini Linq Ci ilə ikitərəfli iqtisadi əlaqələrin gücləndirilməsi üçün mövcud imkanlar, investisiya qoyuluşu və ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.
Xatırladaq ki, iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti hazırda Çində rəsmi səfərdədir.