Azərbaycannın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Ticarət Nümayəndəsi Aparatının dəstəyi və iştirakı ilə Zaqatala rayonunda yerləşən “Ləcheq” MMC ilə BƏƏ-nin Ajman şəhərindəki “Lavish Perfumes” şirkəti arasında efir yağlarının bu ölkəyə ixracına dair müqavilə imzalanıb.
Eləcə də bax: Azərbaycan meyvə-tərəvəz məhsullarını Körfəz ölkələrinə - İXRAC EDİLƏ BİLƏR
FED.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Nazirlikdən verilən məlumata əsasən, ilkin mərhələdə bu il ərzində 6 ton efir yağının BƏƏ-yə ixracı nəzərdə tutulur. Növbəti illərdə isə BƏƏ ilə yanaşı, digər Körfəz ölkələrinə də ixracla bağlı razılıq əldə edilib.
Ajman Ticarət və Sənaye Palatasında keçirilmiş imzalanma mərasimində Ticarət Nümayəndəsi Aparatı tərəfindən gələcəkdə bu kimi şirkətlərin sayının artırılması, eləcə də Azərbaycan və Ajman şirkətləri arasında ikitərəfli görüşlərin keçirilməsi və ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.