Bu ilin yanvar-fevral aylarında Azərbaycandan 1 818,54 min ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə ixrac olunub.
Eləcə də bax: Azərbaycana tütün məmulatlarının idxalı - 34% Artıb
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatına görə, ixracın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,4% azalıb.
Cari ilin ilk iki ayında qeyd olunan məhsulların ixracda xüsusi çəkisi 0,07%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,55%-ə bərabər olub.
Hesabat dövründə bu məhsul kateqoriyası üzrə ölkəyə idxalının dəyəri 6 976,64 min dollar təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 26,9% azdır. Cari ilin yanvar-fevral aylarında qeyd olunan məhsulların idxalda xüsusi çəkisi 0,43% təşkil edib. (Apa)