Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycana idxal olunan tütün və tütün məmulatlarının dəyəri ötən ilin müvafiq dövrünün göstəricisinə nisbətən artıb.
Eləcə də bax: Azərbaycanda bu siqaretlərin qiyməti - Bahalaşdı
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatına görə, hesabat dövründə ölkəyə 14 485,50 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 674,11 min dollar və ya 34% çoxdur.
Qeyd edək ki, bu ilin ilk iki ayında tütün və tütün məmulatlarının idxalı Azərbaycanın ümumi idxalının 0,9%-nə bərabər olub. (Apa)