Bu ilin yanvar-aprel aylarında Azərbaycandan 5 112,30 min ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə ixrac olunub.
Eləcə də bax: Azərbaycan qəhvə idxalına çəkdiyi xərci - 5% Artırıb
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatına görə, ixracın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 7% artıb.
Cari ilin ilk dörd ayında qeyd olunan məhsulların ixracda xüsusi çəkisi 0,08%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,73%-ə bərabər olub.
Hesabat dövründə bu məhsul kateqoriyası üzrə ölkəyə idxalının dəyəri 20 651,14 min dollar təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 13,2% çoxdur. Cari ilin yanvar-aprel aylarında qeyd olunan məhsulların idxalda xüsusi çəkisi 0,59% təşkil edib. (Apa)