Bu ilin yanvar-aprel aylarında Azərbaycan 19,9 milyon ABŞ dolları dəyərində qəhvə, çay, mate və ya paraqvay çayı və ədviyyat idxal edib.
Eləcə də bax: Azərbaycan ət idxalını - 26%-dək Azaldıb
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 milyon ABŞ dolları (4,9%) çoxdur.
4 ay ərzində Azərbaycanın qəhvə, çay, mate və ya paraqvay çayı və ədviyyat ixracının dəyəri isə 3,1 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 0,2 milyon ABŞ dolları (6,7%) azdır.
Hesabat dövründə qəhvə, çay, mate və ya paraqvay çayı və ədviyyat üzrə idxal Azərbaycanın ümumi idxalının 0,6%-ni, ixrac isə ümumi ixracın 0,05%-ni təşkil edib. (Report)