"Azəralüminium" şirkəti bu ilin yanvar-avqust ayları ərzində 98,9 mln. ABŞ dolları dəyərində məhsul ixrac edib, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 34,7% çoxdur.
Eləcə də bax: Azərbaycanın alüminium ixracından gəlirləri - 66% ARTIB
FED.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, keçən ilin müvafiq dövründə şirkət 73,4 mln. dollar dəyərində məhsul ixrac edib.
Bu ilin iyul ayının göstəricisi ilə müqayisədə isə, avqustda müəssisə tərəfindən keçirilən ixracın dəyəri 1,7 mln. dollar və ya 89,5% artaraq 3,6 mln. dollar təşkil edib. (Apa)