Azərbaycan 2020-ci ildə 187,539 min ton pomidor ixrac edib, bu da 2019-cu ilin göstəricisindən 7,4% çoxdur.
Eləcə də bax: Azərbaycandan pomidor ixracı ikiqat azalıb – GÖMRÜK AÇIQLADI
FED.az xəbər verir ki, ixrac olunmuş pomidorun ümumi dəyəri $201 milyon 353,53 min (artım 6,3%) təşkil edir.
Hesabat dövründə Azərbaycan pomidorunun əsas idxalçısı Rusiya olub. “Ötən il Rusiyaya $197 milyon 414,1 min dəyərində 179,884 min ton pomidor (bütün ixracın 95,9%-i – İF) ixrac olunub. 2019-cu illə müqayisədə Rusiyaya pomidor ixracı miqdar ifadəsində 3%, dəyər ifadəsində 4,7% artıb.
Azərbaycan 2019-cu ildə $189 milyon 292,29 min dəyərində 174,548 min ton pomidor ixrac edib. Bu dövrdə də pomidorun əsas idxalçısı Rusiya olub. Bu ölkəyə $188 milyon 555,88 min dəyərində 172,876 min ton pomidor ixrac edilib. (İnrefaks)