Avropa İttifaqına idxal olunan balın, demək olar ki, yarısı - tədarükün 46 %-i Aİ standartlarına uyğun gəlmir.
Azərbaycanda 1 qramı 5,6 manata satılır – RƏSMİ AÇIQLANDI
FED.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Birgə Araşdırmalar Mərkəzi məlumat yayıb.
Çindən idxalın 74 %-nin keyfiyyətsiz məhsul olduğu, üstəlik, Böyük Britaniyadan gətirilən balın 100 %-nin müəyyən edilmiş standartlara cavab vermədiyi üzə çıxıb. Komissiya bütün Avropada 320 nümunəni sınaqdan keçirib.
Fransada götürülmüş 21 nümunədən yalnız dördünün “əsl” bal olduğu üzə çıxıb. Alman mağazalarının rəflərindəki 30-dan çox nümunənin yarısından az hissəsi sınaqdan uğurla keçib.
Avropa Komissiyası 44 şirkətlə bağlı araşdırmaya başlayıb, onlardan 7-si artıq sanksiyaya məruz qalıb. Avropalıların istehlak etdiyi balın təxminən 40 %-i idxalın payına düşür. (Report)