Avrozonanın 19 ölkəsində illik inflyasiya səviyyəsi mart ayında 5,9 faizdən 7,5 faizədək yüksəlib və bu, rəsmi statistikası aparılan müddət üçün rekord rəqəmdir.
Eləcə də bax: "S&P" qlobal iqtisadi artım proqnozunu - AŞAĞI SALDI
FED.az xəbər verir ki, bu barədə Avropa İttifaqının statistika qurumu olan “Eurostat”ın hesabatında bildirilir.
Ötən ilin eyni dövründə illik inflyasiya səıviyyəsi 1,3 faiz olub. Həmçinin mart ayında aylıq inflyasiya 2,5 faiz təşkil edib. (Report)