Avropa İttifaqı ölkələri ABŞ-a qarşı aprelin 15-dən tətbiq olunacaq ticarət tariflərini təsdiqləyib.
Trampın Azərbaycan daxil ölkələrə elan etdiyi tariflər qüvvəyə mindi
FED.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının saytında məlumat dərc edilib.
Qeyd edilib ki, bu gün Aİ-yə üzv ölkələr Avropa Komissiyasının ABŞ-a qarşı ticarət əks-tədbirlərinin tətbiqi təklifinin lehinə səs verib.
"ABŞ ədalətli və balanslaşdırılmış danışıqlar nəticəsi ilə razılaşarsa, bu əks tədbirlər istənilən vaxt dayandırıla bilər", - məlumatda deyilir. (Apa)