Avrozonanın kommersiya bankları çətin günlərlə üzləşəcək.
Eləcə də bax: BVF Avrozona iqtisadiyyatı üzrə - PROQNOZUNU YENİLƏYİB
FED.az xəbər verir ki, Avropa Mərkəzi Bankının ənənəvi maliyyə sabitliyi icmalına görə, bu vəziyyət ən azı 2021-ci ili əhatə edəcək.
İcmala əsasən, bank sektorunun mənfəətinin 2019-cu ilin səviyyəsinədək bərpası 2022-ci ildən tez olmayacağı proqnozlaşdırılır.
Öz növbəsində, sözügedən vəziyyət bu müddətdə borcvermə potensialını azaltmaqla bütün Avropa iqtisadiyyatının vəziyyətinə mənfi təsir göstərəcək. (Apa)