2023-cü ilin I rübündə Azərbaycanla Avropa İttifaqı (Aİ) ölkələri arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,1% azalaraq 5 milyard 802,548 milyon avro təşkil edib.
AYİB: "Azərbaycanda real gəlirlərin azalması inflyasiya təzyiqlərini azaldacaq"
FED.az xəbər verir ki, “Avrostat”dan verilən məlumata görə, mart ayında Azərbaycanla Aİ arasında ticarət dövriyyəsi 1 milyard 713,263 milyon avro (2022-ci ilin mart göstəricisindən 20,7% az) təşkil edib.
2023-cü ilin mart ayında Azərbaycandan Aİ ölkələrinə ixrac 1 milyard 501,601 milyon avro (azalma 25,7%), bu ilin I rübündə 5 milyard 174,974 milyon avro (azalma 10%) təşkil edib.
2023-cü ilin mart ayında Aİ ölkələrindən Azərbaycana idxal 211,662 milyon avro (artım 54,2%), yanvar-mart aylarında 627,574 milyon avro (artım 72,1%) təşkil edib.
Beləliklə, bu ilin yanvar-mart aylarında Aİ ölkələri ilə idxal-ixrac münasibətlərində Azərbaycanın müsbət saldosu 4 milyard 547,4 milyon avro (2022-ci ilin yanvar-mart aylarına nisbətən azalma 15,6%) təşkil edib.
2022-ci ildə Azərbaycan və Aİ ölkələri arasında ticarət dövriyyəsi rekord səviyyəyə - 33 milyard 113,063 milyon avroya (2021-ci illə müqayisədə artım 2,3 dəfə), Azərbaycanın ixracı 2,4 dəfə artaraq rekord həddə - 31 milyard 66,239 milyon avroya, idxalı isə 39,4% artaraq 2 milyard 46,824 milyon avroya çatıb. 2022-ci ildə Aİ ilə ticarət əlaqələrində Azərbaycanın müsbət saldosu 29 milyard 19,415 milyon avro təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 2,5 dəfə çoxdur.(İnterfaks-Azərbaycan)