2023-cü ilin mart ayında Azərbaycanda inflyasiya tədricən yavaşlayıb, lakin yüksək olaraq qalıb və illik 13,8 faiz təşkil edib.
FED.az xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) yaydığı hesabatda bildirilib.
AYİB qeyd edib ki, Azərbaycan Mərkəzi Bankı uçot faiz dərəcəsini artırmağa davam edib və 2023-cü ilin mart ayında onu 8,75%-ə çatdırıb.
"Real gəlir artımının son zamanlar kəskin azalması inflyasiya təzyiqlərini azaltmalıdır" - Bank əlavə edib. (Apa)