"Goldman Sachs"ın analitikləri, dolların gələcək performansına dair proqnozlarını yeniləyib.
Bu ölkə ABŞ-a 600 milyard dollar sərmayə yatırmağı planlaşdırır
FED.az xəbər verir ki, analitiklər növbəti altı ay ərzində avronun dollarla qarşılıqlı dəyərini aşağı səviyyələrdə görməyi gözləyirlər. "Goldman Sachs"ın strateqləri isə, ABŞ iqtisadiyyatının yüksək performansını və yeni gömrük tariflərinin təsirini nəzərə alaraq, dolların 2025-ci ildə təxminən 5 faiz dəyər qazanacağına inanırlar.
Bank, avro/dollar məzənnəsinin yaxın üç ay ərzində paritetdə (1 avro = 1 dollar), altı ay sonra isə 0,97 dollar səviyyəsinə enəcəyini proqnozlaşdırır.
Böyük Britaniyanın iqtisadiyyatı, inflyasiya təzyiqi və yüksələn istiqraz gəlirləri fonunda, "Goldman Sachs"ın strateqləri sterlinq/dollar məzənnəsinin proqnozunu 1,32-dən 1,22-yə endiriblər.
Bazar iştirakçıları, sterlinqin dollara nisbətən 8%-ə qədər dəyər itirəcəyini gözləyirlər, bəzi treyderlər isə məzənnənin 1,12 səviyyəsindən aşağı düşəcəyini proqnozlaşdırırlar.