Azərbaycanda bir çox hallarda gömrük orqanlarının sahibkarlarla ünsiyyəti şifahi formada həyata keçirilir, amma yazılı formada olmalıdır.
Azərbaycanda gömrük statuslu depoların fəaliyyətə başlaması - TƏKLİF OLUNUR
FED.az xəbər verir ki, bunu Bakıda keçirilən "Gömrük islahatları: çağırışlar və imkanlar” mövzusunda ictimai müzakirələrdə Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti, Naxçıvan MR Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov bildirib.
“İş adamı gömrük orqanının tələbi ilə razılaşmasa belə, onun yazılı imtina sənədi almaq və şikayət etmək imkanları çox məhduddur. Malın gömrük terminallarından kənara buraxılmamasına görə sahibkar gömrük orqanlarının tələbi ilə razılaşmalı olur. Malın dəyərində şübhə yaradan məqam varsa araşdırılması və ona uyğun gömrük rüsumunun hesablanması gömrük orqanlarının hüquqlarıdır. Lakin bu rəsmi formada həyata keçirilməli, sahibkara bu barədə yazılı məlumat verilməlidir. Sahibkarın gömrük orqanının qərarından yuxarı orqana və məhkəmə qaydasında şikayət etmək imkanı tanınmalıdır”, - deyə o qeyd edib. (Report)