İllik inflyasiya 0-4% təşkil edir, burda biz ərzaq qiymətlərinin inflyasiyasının 1,1%, qeyri-ərzaq qiymətlərinin inflyasiyasının 1.1%, xidmət inflyasiyasının isə 2.2%, orta və az illik inflyasiya isə 1% təşkil edir.
Azərbaycanda əhali üç ayda ərzağa - 6,9 MİLYARD MANAT XƏRCLƏYİB
FED.az xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov 1 may tarixində keçirilən mətbuat konfransında bildirib.
O bildirib ki, inflyasiyaya təsir edən bir sıra amillərə toxunmaq istərdim. İlk öncə ticari tərəfdaşlarda olan inflyasiya proqnozumuz azalmağa doğru gedir. Ticari tərəfdaşlarda orta çəkili inflyasiyamızın ilin sonunda 0.6% olacağı gözlənilir.
Deflyasiya gözləntilərimiz yoxdur. İlin sonuna 4.2% inflyasiya gözləyirik.
Ümumilikdə isə 3.5% inflyasiyada 1.6% tələb amillərindən, 2.6% isə təklif amillərindən irəli gəlir. Hər iki amillər atırıcı təsir göstərir. Digər amillər isə 0.7% bəndində azaldıcı təsir göstərir.
"2025-ci ildə proqnoz isə tələb amilləri 1.7%, təklif amilləri isə 2. 5% arıtıcı təsir göstərəcək. Digər amillərin təsiri isə neytraldır." - deyə AMB sədri əlavə edib.