"Bu il Azərbaycanda illik inflyasiyanın hədəf diapozonundan (4+/-2%) yuxarı - 6,6-7,5% təşkil edəcəyi gözlənilir".
Eləcə də bax: Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir, bunu keçirdiyi mətbuat konfrasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib.
"Gələn il isə illik inflyasiyanın hədəf diapazonuna yaxın olacağını proqnozlaşdırırıq", - deyə o, qeyd edib.
Xatırladaq ki, ötən il ölkədə qiymətlər orta hesabla 6,7% artıb.