Azərbaycanda bütövlükdə 2023-cü il ərzində iqtisadi aktivlik indeksində əhəmiyyətli artım müşahidə edilib.
Azərbaycan iqtisadiyyatı - 4% BÖYÜYÜB
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bank açıqlama yayıb.
2024-cü ilin birinci rübündə isə artım tempinin meyil bucağı dəyişmiş və ötən illlərin səviyyələrindən yuxarıda qərarlaşıb.
Mart ayında iqtisadi aktivlik indeksi artaraq tarixi maksimuma çatıb.
2024-cü ilin birinci rübündə iqtisadi aktivlik indeksi ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.3% artıb.
2024-cü ilin birinci rübündə ÜDM-in bütün başlıca xərc komponentləri – istehlak, investisiya, ixrac və dövlət alışları – üzrə aktivlik indeksində ötən ilin son rübünün yekun göstəricisi ilə müqayisədə artım qeydə alınıb. Bu komponentlər üzrə aktivlik indeksi tarixi maksimum səviyyələrinə çatıb.
Ən yüksək artım investisiya komponentində (+14.6%) qeydə alınmışdır.