2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda 29 096,8 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4 faiz çox ümumi daxili məhsul istehsal olunub.
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,4 faiz, qeyri neft-qaz sektorunda isə 6,7 faiz artıb.
ÜDM istehsalının 39,3 faizi sənaye, 9,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,9 faizi tikinti, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 20,4 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,9 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 2856,5 manata bərabər olub.