Ölkəmizin xarici ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində müşahidə olunan müsbət dinamika şəraitində bu ilin yanvar-iyun aylarında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz artaraq 26.166,5 milyon dollar olub.
Azərbaycan Rusiya qarşısında - 922 Milyon Dollar Mənfidədir
FED.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
Nazir bildirib ki, hesabat dövründə xarici ticarət balansının müsbət saldosu isə 9.769,5 milyon dollar təşkil edib.