Almaniyanın bir çox böyük şəhərində qiymət artımına etiraz olaraq axşam saatlarında yürüş-mitinqlər keçirilir.
Eləcə də bax: Almaniyada inflyasiya avro dövründə ilk dəfə ikirəqəmli səviyyəyə - ÇATIB
FED.az xəbər verir ki, ötən gün ölkənin şərqindəki şəhərlərdə başlayan aksiyalarda etirazçılar hökumətin istefasını, qiymət artımının qarşısının alınmasını, Rusiya-Ukrayna müharibəsində Almaniyanın neytral mövqe tutmasını tələb ediblər.
Yürüş-mitinqləri icazəsiz keçirildiyi üçün polis iştirakçıların şəhərlərin mərkəzinə doğru irəliləməsinə icazə verməyib.
Etirazçılar ara küçələrə dağılaraq, eyvanlarda onları izləyən sakinləri yürüş-mitinqinə qoşulmağa səsləyiblər.
Xatırladaq ki, ötən gün Almaniyanın paytaxtı Berlində, parlament binasının qarşısındakı parkda "Öncə ölkəmiz" adlı etiraz mitinqi keçirilib. 3 mindən çox insanın iştirak etdiyi mitinqdə Avropa İttifaqının, eyni zamanda birliyə daxil olan Almaniyanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların dayandırılması tələb olunub. (Report)