Bəzi azalmalardan sonra ötən ilin dekabrında Almaniyada inflyasiyanın səviyyəsi yenidən az miqdarda artıb. Səbəb onda idi ki, 2022-ci ilin elə həmin ayında almanların əksəriyyəti hökumət tərəfindən ayrılan subsidiyalar sayəsində istilik üçün vəsait xərcləmədilər.
BMT: 2024-cü ildə Azərbaycanda orta illik inflyasiya 6% təşkil edəcək
FED.az xəbər verir ki, ardıcıl beş enmədən sonra Almaniyada ilk dəfə olaraq inflyasiya dekabrda artdı. Federal Statistika İdarəsinin ilkin dəyərləndirməsinə görə, məhsullar və xidmətlər bir il əvvəlki dövrlə müqayisədə orta hesabla 3,7 faiz bahalaşıb. Noyabrda inflyasiyanın səviyyəsi 3,2 faizədək aşağı düşərək, son iki il yarım ərzində ən aşağı göstərici oldu. Halbuki iqtisadçılar 3,7 faizədək artım gözləyirdilər. 2023-cü il ərzində inflyasiya bütövlükdə 5,9 faiz təşkil edirdi və bu da böyüklüyünə görə birləşmədən sonra ikinci göstərici idi, 2022-ci ildə nail olunan 6,9 faiz göstəricidən geri qalırdı.
Xatırlatmaq yerinə düşər ki, bir il əvvəl dövlət ailə təsərrüfatlarını Ukraynada müharibə başlayandan sonra qiymətləri kəskin artan elektrik enerjisi xərclərindən azad etmək məqsədilə təbii qaz və mərkəzləşdirilmiş istilik üzrə aylıq xərcləri öz üzərinə götürüb. Məsələn, Şimali Reyn-Vestfaliya əyalətində ailə təsərrüfatları üçün elektrik enerjisi xərcləri əvvəlki il ilə müqayisədə 5,6 faiz, mərkəzləşdirilmiş istili xərcləri isə 40 faiz artıb. (Azərtac)