Almaniyada inflyasiya oktyabr ayında illik bazda 10,4 faiz, aylıq bazda isə 0,9 faiz artıb.
Eləcə də bax: Almaniya supermarketlərində iş saatları - AZALDILIR
FED.az xəbər verir ki, bu barədə Almaniya Federal Statistika Ofisi məlumat yayıb.
Bu, 1951-ci ildən ən yüksək göstəricidir. O zaman inflyasiya 10,5 faiz təşkil edib.
Sentyabr ayı üzrə inflyasiyanın 10 faizdən yuxarı olan rəqəmi oktyabrın sonundakı ilkin oxunuşla üst-üstə düşdü.
Almaniya Federal Statistika Ofisinidən bildirilib ki, enerji qiymətləri ölkədə qiymət artımının əsas səbəbi olmaqda davam edir.
Enerji qiymətləri illik bazda 43 faiz artıb, ərzaq qiymətlərində illik artım 20,3 faizlə orta göstəricinin üzərində olub. Xidmətlərdə artım 4 faiz təşkil edib. (Oxu.az)