Enerji böhranı və işçilərin çatışmaması səbəbindən sabahdan etibarən Almaniya ticarət şəbəkələrinin bir sıra mağazaları əvvəlki ilə müqayisədə 1-2 saat tez bağlanacaq.
Eləcə də bax: Almaniyada inflyasiya - Rekord Həddə Çatıb
FED.az xəbər verir ki, “Lidl”, “Aldi” və “Qlobus” belə şəbəkələrdəndir.
Menecment sahəsində ümid edirlər ki, bu, məsələn, süd məhsulları üçün açıq soyuducu rəflərdə elektrik enerjisini qənaət etməyə imkan verəcək. Avtomobil dayanacaqlarının və bazarların işıqlandırılması hesabına da qənaət etmək mümkün olacaq. Əlbəttə, bu tədbirlər enerjiyə çox qənaət etməyə imkan verməyəcək, lakin müdriklər demişkən, dama-dama göl olar.
Ehtimal ki, bu tədbirlərin ilk nəticələrini noyabrın axırında görmək olacaq. (Azərtac)