Almaniyada sentyabr ayında inflyasiya göstəriciləri ölkə tarixində rekord həddə çataraq illik müqayisədə 10,9 faiz təşkil edib.
Eləcə də bax: Almaniyada inflyasiya avro dövründə ilk dəfə ikirəqəmli səviyyəyə - ÇATIB
FED.az xəbər verir ki, bu barədə ölkənin Federal Statistika İdarəsinin hesabatında deyilir.
Avqust ayı ilə müqayisədə isə inflyasiya 2,2 faiz artıb.
Almaniyada hesabat dövründə enerji daşıyıcıları 2021-ci ilin eyni dövrü ilə müqayisədə 43,9 faiz, ərzaq məhsulları 18,7 faiz, xidmətlər 3,6 faiz bahalaşıb. (Trend)