2023-cü ilin yanvar-aprel aylarında Avropa İttifaqı (Aİ) ölkələrindən Azərbaycana ətir və tualet suyu ixracı miqdar ifadəsində 2,4% - 78,4 tonadək azalıb, pul ifadəsində 41,5% artaraq 5,387 milyon avroya çatıb.
4 ayda Aİ ölkələri Azərbaycana 58 milyon avroya yaxın məbləğdə dərman - İXRAC EDİB
FED.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Statistika İdarəsi (Avrostat) bildirir.
Aprel ayında qeyd olunan məhsulların Azərbaycana tədarükü 18,1 ton (ildən ilə 14,6% azalma), onların dəyəri - 1,328 milyon avro (artım 7,1%) təşkil edib.
Hesabat dövrü ərzində ixracatçılar arasında pul ifadəsində Almaniya lider olub (0,594 milyon avro, azalma 3,1%).
Həmçinin, bu ölkə Azərbaycan bazarına ətir və tualet suyu tədarükü üzrə pul ifadəsində və cari ilin ilk dörd ayının yekunlarına görə (2,693 milyon avro, ildən ilə artım 53,5%) lider mövqedədir. Onun ardınca Fransa (1,187 milyon avro, artım 46,5%) gəlir.
O cümlədən, cari ilin yanvar-aprel aylarında Belçika, İspaniya, İtaliya, Lüksemburq, Niderland, Polşa, Portuqaliya və Slovakiya kiçik həcmlər tədarük edib.
Avrostatın məlumatına görə, 2022-ci ildə Aİ ölkələri Azərbaycana ətir və tualet suyu tədarükünü 2021-ci illə müqayisədə 2,7% - 306 tonadək artırıb. Pul ifadəsində ixrac 60,2% artaraq 16,992 milyon avroya çatıb. (İnterfaks-Azərbaycan)