Belarus prezidenti Aleksandr Lukaşenko ölkədə qiymətləri artırmağı qadağan edib.
Eləcə də bax: Belarus bəzi məhsulların ixracına 6 aylıq - QADAĞA QOYUR
FED.az xəbər verir ki, Belarus rəhbəri ölkədəki «qeyri-adi» həddə çatan inflyasiya ilə mübarizəni belə aparacağını elan edib.
Milli Bankın məlumatına görə, avqustda Belarusda illik inflyasiya 17,9% təşkil edib. Oktyabrın 6-dan etibarən isə qiymət artımına qadağa qoyulub. Prezident bu qadağanı iqtisadi blokla inflyasiya ilə bağlı görüşdən sonra elan edib.
«Oktyabrın 6-dan hər hansı qiymət artımı qadağandır. Qadağandır, vəssalam. Sabahdan yox, bu gündən. Çünki qiymətləri bir gecədə artırmasınlar. Allah eləməsin ki, mühasibatlıq departamentində kimsə geri tarixə yazmaqla, yenidən hesablamalar aparsın», - deyə Lukaşenko bildirib.
Bununla yanaşı, prezident bildirib ki, antiinhisar tənzimləmə və ticarət nazirinin, vilayət icraiyyə komitəsinin sədrlərinin və Minsk Şəhər İcraiyyə Komitəsinin rəsmi icazəsi ilə “müəyyən vəzifələr üzrə” istisnaların ola bilər.
Lukaşenka belə bir qərara gəlməyə məcbur olduğunu "qiymətlərin tavana çatması" ilə izah edib.
Sərəncamın icrasına Baş prokuror və Dövlət Nəzarəti Komitəsinin sədri nəzarət etməlidir. Oktyabrın 20-dək Belarus hökuməti qiymətlərə nəzarəti təmin edəcək qətnamə qəbul etməlidir.
Belarus prezidenti həmçinin görülən tədbir fonunda bazarı tərk etmək istəyən şirkətləri sanksiyalarla hədələyib. «Allah eləməsin, hansısa mağaza bazarı tərk edəcək və ya bağlanacaq, bəzi ofis, yeməkxana və digərləri. Siz buna görə cavab verəcəksiniz», - Belarus lideri bildirib.
Lukaşenko qeyd edib ki, enerji resurslarının dəyəri baxımından Belarus istehsalçılarının işi üçün şərait Qərb rəqibləri ilə müqayisədə xeyli əlverişlidir. O, həmçinin bildirib ki, 2023-cü ildə qaz və neftin qiymətinin səviyyəsini proqnozlaşdıra bilməsə də, “vəziyyət bu ildən pis olmasın” deyə “hər şeyi edəcək”.
Belarus Milli Bankının məlumatına görə, 2022-ci ilin avqustunda istehlak qiymətlərində illik artım 17,9%, iyulda 18,1%, iyunda 17,6% təşkil edib. İqtisadi blokla görüşdə Lukaşenka hökumət qarşısında 2023-cü ildə birrəqəmli inflyasiyaya qayıtmaq vəzifəsi qoyub - 7-8%-dən çox olmamaq şərti ilə. "Mən hökumətdən və Milli Bankdan qiymət artımının qarşısını almaq üçün effektiv təkliflər gözləyirəm" deyə Belarus prezidenti bildirib.