2023-cü ilin birinci rübündə Avropa İttifaqı ölkələri Azərbaycandan 16,703 milyon avro (azalma 2,2 dəfə) dəyərində 3,143 min ton təmizlənmiş meşə fındığı (ildən ilə azalma 2 dəfə) idxal ediblər.
Bu il fındıq ixracı təxminən 50 milyon dollar - VALYUTA QAZANDIRIB
FED.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Statistika İdarəsinin (Avrostat) materiallarında deyilir.
Hesabat dövrü ərzində Azərbaycan Almaniyaya 10,279 milyon avro (artım 2,7 dəfə) 1,906 min ton (artım 2,9 dəfə), İtaliyaya – 4,28 milyon avro (azalma 7,5 dəfə) dəyərində 0,798 min ton meşə fındığı ixrac edib.
Kiçik həcmdə Çexiya, Estoniya, İspaniya, Fransa, Latviya, Polşa və Slovakiya meşə fındığı alıb.
Avrostatın məlumatına görə, 2022-ci ildə Aİ ölkələri Azərbaycandan 58,103 milyon avro (artım 44,5%) dəyərində 10,061 min ton (2021-ci illə müqayisədə artım 42,7%) meşə fındığı idxal ediblər. (İnterfaks-Azərbaycan)